Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə və "Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi

0

  •          27 dekabrda Xocalı rayon Kosalar kənd tam orta məktəbinin idman zalında Xocalı rayon Gənclər və İdman İdarəsinin və "Xocalının səsi" qəzetinin birgə təşkilatçılığı ilə "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə və "Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında Xocalı rayon məktəbliləri arasında voleybol yarışı keçirildi. Yarışda Kəlbəcər rayon 99 saylı tam orta məktəbin şagirdlərindən ibarət yığma komanda da iştirak etdi.

            Yarışdan əvvəl Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və baş məsləhətçi Ramiz Alıyev çıxış edərək narkomaniyanın və digər zərərli vərdişlərin insan həyatına mənfi təsirindən danışdılar. Zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün və bu bəlanın fəsadları haqqında ətraflı məlumatlar verdilər. "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu qəzetin yaranma tarixindən və fəaliyyətindən söz açdı. Xocalı rayonunun yeganə mətbuat orqanının səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında mütəmadi yazılar verildiyini vurğuladı. 

             Yarışın nəticəsinə əsasən, I yerə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin komandası, II yerə Xocalı rayon Yaloba kənd tam orta məktəbinin komandası, III yerə isə Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin komandası sahib oldu. 

                                  


























































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib29 dəfə
    "Xocalının səsi" qəzetinin 300 buraxılışı münasibətilə "Biz zərərli vərdişləri yox idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi

    Maraqlı gələ bilər
    47
    45
    39
    0